Xəzər Xəbər

Paparassilərdən qaçmaq istədi, yerə yıxıldı - VİDEO

Veb TV | 15:00 • 23 Noyabr 2018
Paparassilərdən qaçmaq istədi, yerə yıxıldı -

Türkiyənin məşhur aktyoru Ata Demirerin başına iş gəlib. "Qafqazinfo” xəbər verir ki, o, ötən gün "Hedefim sensin”in aktrisası Gonca Vuslateri ilə görüşüb.

Axşam yeməyindən sonra məkandan ayrılan Ata paparassilərin onu lentə aldığını görüb. Bundan narahat olan komediya aktyoru ərazidən sürətlə uzaqlaşmağa başlayıb.

Demirer bu zaman ayağı sürüşərək bir neçə dəfə yerə yıxılıb. Ona yanında olan müxbir köməklik göstərib. Həmin anları qalmaqallı proqramı olan "Söylemezsem olmaz” kameraları lentə ala bilib.

Xəbər lenti