Xəzər Xəbər

Prezident İlham Əliyevin Türkmənistan səfəri VİDEO

Veb TV | 20:51 • 22 Noyabr 2018
Prezident İlham Əliyevin Türkmənistan səfəri

Türkmənistanda rəsmi səfərdə olan prezident İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub. Dövlət himnləri səsləndirildikdən sonra dövlət başçıları fəxri qaravul dəstəsinin qarşısından keçiblər.

Təkbətək görüş zamanı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Azərbaycan və Türkmənistanın siyasi və iqtisadi sahələrdə əməkdaşlıq üçün böyük potensialı var. Berdıməhəmmədov vurğulayıb ki, hər iki xalqın rifahı naminə regional və beynəlxalq səviyyədə əməkdaşlığı genişləndirmək lazımdır.

Prezident İlham Əliyev isə bildirib ki, rəsmi səfərin dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük təsiri var. Dövlət başçısı deyib ki, Azərbaycan və Türkmənistan regional əməkdasliq vətəhlükəsizliyin möhkəmlənməsi məsələlərində mühüm rol oynayır

Daha sonra müzakiərələr geniş tərkibdə davam etdirilib. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov buradakı çıxışında bilidirib ki, ölkələr arasında bu ilin 9 ayi ərzində əmtəə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb. Kənd təsərrüfati, tikinti, sənaye kimi sahələrdə yaxsi meyllər yaranıb.Türkmənistan prezidentiAzərbaycanın son illər nəqliyyat və energetika sahəsində böyük layihələrə imza atdığını vurğulayıb və bu təcrübədən istifadənin vacibliyinə diqqət çəkib. Türkmənistan rəhbəri Xəzərin hüquqi statusu haqqında da danışıb

Daha sonra çıxış edən prezident İlham Əliyev türkmənistanla əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb və əməkdaşlığın istiqamətlərindən danışıb

Geniş tərkibli görüşdən sonra Azərbaycan-Türkmənistan sənədlərinin imzalanmasi mərasimi olub. Əvvəlcə dövlət başçıları prezidentlərin birgə bəyanatını imzalayıblar. Bəyanatda Azərbaycanin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərinin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasinda həllinə qətiyyətli dəstək ifadə olunub. Bundan sonra isəelm, təhsil,mədəniyyət və incəsənət, nəqliyyat, tranzit, logistika,beynəlxalq daşımalar, müxtəlif universitetlər, dəniz ticarət gəmiçiliyi,limanlar arasında avtomatlaşdırılmış informasiya mübadiləsi və digər sahələrdə əməkdaşlığının genişləndirilməsini nəzərdə tutan daha 20 sənəd imzalanıb.

Bunun ardından dövlət başçıları mətbuata birgə bəyanatlarla çıxış ediblər.Daha sonra prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.Bununla da dövlət başçısınınTürkmənistana rəsmi səfəri başa çatıb

Xəbər lenti