Xəzər Xəbər

Onun hazırladığı xəritə digər xəritələrdən qeyri-adiliyi ilə seçilir VİDEO

Veb TV | 20:48 • 22 Noyabr 2018
Onun hazırladığı xəritə digər xəritələrdən qeyri-adiliyi ilə seçilir

Onun hazırladığı xəritə digər xəritələrdən qeyri-adiliyi ilə seçilir. Söhbət xaçmazlı gənc Novruz Əliyevdən gedir. Onun 1 həftə vaxt sərf edərək hazırladığı xəritə işıqlandırma sistemi ilə təchiz olunduğundandiqqəti daha çox çəkir.

Azərbaycanlı gənc palçıq,gips və boyalardan istifadə etməklə xəritə hazırlyıb. Özü də divar üzərində.

Xaçmazın Seyidlər kənd sakini Novruz Əliyev həyətlərindəki divarın üzərində hazırladığı xəritənin üzərində qonşu ölkələrin adlarını da yazıb. Bununla yanaşı, xəritənin üzərində Azərbaycanın çayları və göllərini, eləcədə böyük və kiçik Qafqaz sıra dağlarını həkk edib.

Novruz Əliyev deyir ki,ümumilikdə bu xəritənin hazırlanmasına bir həftədən çox vaxt ayırıb.

Xəritə işıqlandırma sistemi ilə təchiz olunduğundan gecə vaxtı görənlərin diqqətini çəkir.

Bununla yanaşı Novruz Əliyev evlərinin darvazasına Azərbaycanın 3 rəngli bayrağını həkk edib. Hazırda isə onun məqsədi Azərbaycanın digər atributlarını da bu cür hazırlamaqdır.

Xəbər lenti

Çox oxunanlar