Havanı çirkləndirən restoranlar və şadlıq evləri bağlana bilər. Hazırda 15 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyison dəfə restoran sahiblərinə xəbərdarlıq edib.
Bakıda bir sıra məşhur restoranlar bağlana bilər. Buna səbəb həmin restoranların hələ də standartlara uyğun təmizləyici qurğularının olmaması və havanı çirkləndirməyə davam etməsidir.
Bu günə qədər yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyininəməkdaşı Faiq Mütəllimov bildirib ki,Yeddi Gözəl, Sonalar sonası, Şahzadə, Şəlalə, Çanaqqala,Meqa Palas, Oazis,Kəndimiz, Çıraq, Qabırğa restoranları ilə bağlı artıq məhkəməyə müraciət edilib.
Hazırda 15 iaşa obyektinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır. bunların arasında Topqapı, Ankara, Mübarək, Eliza, Qızıl balıq, Şır-şır, Meşəbəyi və digərlərinin adları var.
Nazirlik əməkdaşı qeyd edib ki, məhkəmənin qərarı əsasında fəaliyyətləri dayandırılacaq obyektlərin yenidən fəaliyyət göstərməsi müvafiq prosedurlar baxımından heç də asan olmayacaq.
Sahibkarlar isə bildirdi ki, prosedurun gecikməsinin başlıca səbəbi avadanlıqların xarici ölkədən gətirilməsidir. bu işlə məşğul olan şirkətlərlə bir neçə ay bundan əvvəl müqavilə bağlansa da, hələ də avadanlıqlar gəlib çıxmayıb.
Buna baxmayaraq adları siyahıda olan restoranlardan biridən isə bildirildi ki, artıq avadanlıqlar quraşdırılıb və sabahdan işə düşəcək.
Bundan sonra da standartlara cavab verməyən obyektlərin fəaliyyətlərinin dayandırılması, daha ciddi cəza tədbirləri görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılacaq.