Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın homoseksuallara dəstəyi onun reputasiyasına nəinki ölkəsində, hətta qonşu dövlətlərdə də çox pis təsir edib. Rusiyanın94.8 dalğasında yayımlanan "Danışır Moksva" radiosunun "Podyom" verilişində aparıcı Sergey Dorenko Paşinyanı olduqca sərt tənqid edib. Dorenko Paşinyanı homoseksualların dostu və mövqeysiz siyasətçi adlandırıb. Təfərrüatları təqdim edirik.
Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində Nikol Paşinyan homoseksuallığı təbliğ etməklə məşğuldur..
Rusiyanın "Qovorit Moskva", yəni "Danışır Moskva" radiosunda yayımlanan səhər proqramında homoseksualların ailə modelinə təsiri ilə bağlı söhbət Ermənistandan yan keçməyib. Aparıcılar Anastasiya Onoşenko və Sergey Dorenko Ermənistanda keçirilməsi planlaşdırılan LGBT festivalından danışarkən, Dorenko Paşinyanın ünvanına bəzi ifadələr işlədib. Radio aparıcı Paşinyanın dediyi fikirləri əsas gətirərək, onu sərt tənqid edib.
Bunun ardınca Sergey Dorenko Paşinyanın danışdıqlarının absurd olduğunu deyıb. O, qeyd edib ki, Paşinyan mövqesizdir və nə etdiyini bilmir.
Dorenko bildirib ki, Ermənistanda LGBT festivalı tədbirə az vaxt qalmış təxirə salınsa da, homoseksuallar İrəvana gəliblər. Belə məqamda Paşinyan qərar verməlidir ki, nə etsin.
Onu da qeyd edək ki, Sergey Dorenkonun Paşinyanla bağlı açıqlamaları Ermənistanın Rusiyadakı səfirliyində sərt reaksiya doğurub. Səfirlik radio-aparıcının Ermənistan hakimiyyəti barədə danışarkən etik normalara əməl etmədiyini açıqlayıb. Buna cavab verən Dorenko açıqlamalarının erməni xalqına aid olmadığını qeyd edib. O, şəxsi fikrini dediyini və bunun Ermənistandakı siyasi proseslərlə əlaqəli olduğunu diqqətə çatdırıb.