Xəzər Xəbər

Xalçanı yuyulması üçün verdi, bir həftə sonra yararsız halda geri qaytardılar VİDEO

Veb TV | 20:20 • 22 Noyabr 2018
Xalçanı yuyulması üçün verdi, bir həftə sonra yararsız halda geri qaytardılar

Abşeron rayon Fatmai kənd sakini, xalça yuma şirkətinin fırıldaqçılığı ilə üzləşib. Şirkətə yuyulması üçün təqdim olunan xalça, yararsız hala salınaraq, geri qaytarılıb. Pul ödənildiyi halda məbləğə görəmüştəriyə verilən qəbzdə isə sıfırazn göstərilib.

Xalçanı yuyulması üçün verdi, bir həftə sonra yararsız halda geri qaytardılar. Hadisə Abşeron rayonunun Fatmai kəndində yaşanıb.

Fatmai kənd sakini Əsbət Hüseynova ,''SehrliXalça yuma'' adlı şirkətinin fırıldaqçılığı ilə üzləşib. Şirkətə yuyulması üçün təqdim olunan xalça yararsız hala salınaraq müştəriyə geri qaytarılıb.

Zərərşəkmişin sözlərinə görə, adı olub, ünvanı olmayan şirkət nümayəndələri, qapı-qapı gəzərək guya xalça yuma ilə məşğul olurlar.Həmçinin kənddə ev telefonlarına da zəng vuraraq layiqli xidmət göstərəcəklərini vəd edirlər. Bir həftə ərzində yuyulması üçün aparılan xalça isə yararsız hala salınıb. Müştərinin etirazi ilə qarşılaşanda xalçanı bərpa etmək adı ilə geri alaraq heç bir şey dəyişmədən bir həftə sonra geri qaytarıblar.

Həmin nümayəndələr xalçanının cırıqlarınıyapışqan lentlə yapışdıraraq yenidən sahibinə göndəriblər. Əsbət Hüseynova fırıldaqçı xalça yumaşirkətinin daha bir aldadıcı işinin üstünüaçıb. Pul ödənildiyi halda, müştəriyə verilən qəbzdə 0 azn göstərilib.

Məsələ ilə bağlı sözü gedən xalça yuma şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Həm ev, həmdə mobil telefonla edilən zənglərə şirkət nümayəndələrinin heç biri cavab vermədi. Faktmi kənd sakini, hüquqlarının müdafiəsi üçün adiyyatı qrumlara müraciət edəcəyini bildirir.

Xəbər lenti

Çox oxunanlar