Yevlax sakininin heyvana olan mərhəməti bir pişiyin ölümdən dönməsinə səbəb olub. Onun pişiyini elektrik vurub. O, heyvanı ölümdən qurtarsa da ancaq 3 ayağı işlək vəziyyətdə deyil. Sahibi deyir ki, heyvana protez taxıla bilər. Bəs dünya təcrübəsində mümkün olan bu xidmət azərbaycanda da göstərilirmi?
Yaralı heyvanlara kömək olunur, hətta əməliyyatla sağadılır. Hər hansı səbəbdən ayaqlarını itirən heyvanlara rahat gəzmələri üçün protez taxılır və ya müxtəlif vasitələrdən istifadə olunur. Dünya təcrübəsində mümkün olan bu xidmətlər Azərbaycanda da göstərilirmi?
Məsələn bu pişiyi elektrik cəryanı vuraraq 3 ayağını yarasız hala salıb. Sahibihadisə baş verdikdənsonra ona mərhəmət göstərərək qulluq göstərir.
Yevlax sakini Turqut Quluyev 1 ilə yaxındır pişiyi yemləyir onun hərəkət etməsinə yardımçı olur. Rayon sakini məstanı kiçik yaşlarından saxlayıb. Qəfl baş verən hadisə nəticəsində 1 ayağı salamat qalanheyvan indi sürünərək hərəkət edir. Canlının belə vəziyyəti heyvan sevərsahibinin ürəyini sızladır.
Yevlax sakini pişiyi hər hansı sığnacağa təhvil verib onun hərəkətinin bərpa edilməsini istəyir. Gəncin sözlərinə görə, sevimli məstanı əməliyyat edilərsə yenidən sağlamlığına qovuşa bilər. Hətta mütəxəssislər heyvana protez də taxa bilər.
Heyvanların müalicəsi, saxlanılması və qayğısı ilə məşğul olan təşkilatlardan biri ilə əlaqə saxladıq. Bildirildi ki, ayağı olmayan heyvanlara protez taxmaqla onun hərəkətini təmin etmək olar. Lakin heyvanlara protez taxılması hələki Azərbaycanda aparılmır.