Məzahir Pənahovun sədrliyi ilə noyabrın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə Komissiyanın 2018-ci il 30 mart və 15 aprel tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub. Komissiyanın qərarı ilə 2 saylı Şərur, 5 saylı Şahbuz-Babək, 7 saylı Ordubad-Culfa, 19 saylı Nərimanov birinci, 24 saylı Nizami birinci, 40 saylı Kəpəz ikinci, 61 saylı Neftçala, 82 saylı Ağcabədi və 122 saylı Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edib.