Xəzər Xəbər

Övladlığa götürdükləri uşaq 25 il sonra ÖZ DOĞMA QIZLARI ÇIXDI - Efirdə ŞOK - VİDEO

Veb TV | 16:38 • 22 Noyabr 2018
Övladlığa götürdükləri uşaq 25 il sonra
Türkiyənin ATV kanalında yayımlanan Esra Erolun məşhur proqramında qəribə hadisə baş verib.

XəzərXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, öz qızını övladlıq aldıqları deyilən ailənin DNT nəticələri studiyadakı hər kəsi çox təəccübləndirib.

Günlərdir Türkiyə mətbuatının gündəmini zəbt edən bu məsələ əslində belə olub. Belə ki, DNA testinin nəticəsinə görə, İdris Özəlin Kaderin doğma atası olmadığı deyilib.

Bundan sonra studiyada bütün tamaşaçıların diqqəti ana Hicran Özələ yönəlib. Hər kəs studiyada Hicranın da, Kaderin doğma anası olmadığını gözləyərkən, aldıqları cavabdan bütün tamaşaçılar donub qalırlar. Esra Erolun əlində olan DNT nəticəsi düşüncələrin əksinə, Hicran Özal Kaderin bioloji anası olduğunu təsdiqləyir.

Bundan əvvəl isə Esra Erolun proqramına gələn həkim inadla Hicranın Kaderin anası olmadığını söyləyirdi. Dəqiqliklə aparılan DNA nəticələri həkimin yalanını üzə çıxarıb.

Əslində bəs hər şey necə olmuşdu?

Esra Erolun proqramında açıqlıq gətirilən bu hekayənin tarixi əslində 25 il əvvələ gedib çıxır.
Hicran Özel 21 may 1993-cü ildə İzmir Yeşilyurd Dövlət Xəstəxanasında qızı Kaderi dünyaya gətirir.

Qızına süd verdikdən sonra yuxuya gedən ana oyandığı zaman qızının qaçırıldığını öyrənir.
Kaderi qaçıran şəxs törətdiyi əməldən qorxub uşağı Konyada avtobusda buraxıb qaçır. Balaca körpələr evinə təslim edilir. Daha sonra burdan bir ailəyə övladlığa verilir.

İzmir Respublika Prokurorluğu tərəfindən başladılan istintaqda ailənin DNA testi edilməsi tələb olunur. DNA nəticəsində isə ananın körpənin bioloji öz anası olduğu üzə çıxır.
Erolun proqramında isə aydın olur ki, övladlığa götürdükləri balaca qız elə oğurlanan öz doğma qızları imiş.

XəzərXəbər Esra Erolun verilişində canlı yayında yaşanan bu həyacan dolu video görüntüləri sizə təqdim edir.


Xəbər lenti

Çox oxunanlar