Bu gün səhər saatlarında İtaliya polisi Romanın cənubundakı Quadraro bölgəsində mafiyaya qarşı əməliyyat keçirib. Əməliyyatda 600 polis iştirak edib.
Əməliyyat zamanı bəzi villalara daxil olan polis burada narkotik vasitələr aşkarlayıb.
Villaların çoxunun 1990-cı illərdə qanunsuz tikildiyi ortaya çıxıb.
Həmin villaların Kasamonika mafiya klanına aid olduğu deyilir.
Əməliyyatı Roma Bələdiyyə sədri və daxili işlər naziri Salvini də müşahidə edib. Bələdiyyə sədri Raqqi əməliyyatı "Roma və romalılar üçün tarixi bir gün” kimi qiymətləndirib. O, bəyan edib ki, villalar ilin sonuna qədər söküləcək: "Bu villalar uzun illər mafiyaya qarşı gücsüzlüyün simvolu kimi qəbul edilib. 30 ildir davam edən qanunsuzluğa son veririk. Həm Kasamonika klanına, həm də cinayət aləminə ciddi bir mesaj göndəririk”.
Nazir Salvini isə bildirib ki, villaların ələ keçirilməsi və dağıdılması illərdir gözlənilən addımdır: "Bu həm də bir siqnaldır. Biz bu işlərə indi başlayırıq və cinayətkarların xoş günləri artıq bitdi”.
Qeyd edilir ki, narkotik qaçaqmalçılığı, soyğunçuluq və qadın ticarəti ilə məşğul olan Kasamonika klanı Romanın cənub bölgələrini illərdir öz təsiri altında saxlayır.
Klanın 2015-ci ildə lideri Vittoria Kasamonika üçün keçirdiyi cənazə mərasimi ilə diqqəti mərkəzində olub. Vittorianın at arabasında aparılan tabutuna helikopterlə gül səpilib. Yalnız bu fakta görə Romanın bələdiyyə sədri Marino istefaya getməli olub./Teleqraf.com