Cordan Miki komandasına qeyri-adi zərbə ilə xal qazandırıb.
Rusiyanın "Ximki" klubunun basketbolçusu Cordan Miki Avroliqada Monteneqronun "Buduçnost" komandasına qarşı görüşdə komandasına qeyri-adi zərbə ilə xal qazandırıb.
24 yaşlı idmançı istəmədən başı ilə topu səbətdən keçirib. Onun komanda yoldaşı Stefan Markoviç Mikiyə ötürmə vermək istəyib. Top isə onun başına dəyərək səbətə daxil olub.
Qarşılaşma 85:69 Rusiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Cordan Miki bu qarşılaşmada 17 xal toplaya bilib və məhsuldarlığa görə komanda yoldaşı Aleksey Şveddən 5 xal geri qalıb.(report.az)