ABŞ vətəndaşı Con Allen Çau adlı bir turist Hind okeanında yerləşən Şimali Sentinel adasında sivilizasiyadan kənar yaşayan qəbilə tərəfindən öldürülüb.
Onun cəsədi bölgənin balıqçıları tərəfindən tapılıb.
Polis turistin adaya gələn xaricilərə ox və mizraqla hücum edən qəbilə tərəfindən öldürüldüyünu ehtimal edir.
Belə ki, nəsilləri tükənmə təhlükəsi altında olduğu üçün dünyadan izolyasiya olunmuş şəkildə yaşayan bu qəbilələrlə əlaqə qurmaq qadağandır. Çünki həmin ada sakinlərinin qızdırma və suçiçəyi kimi epidemiyalara qarşı immuniteti yoxdur. Dünyanın qədim daş dövründən qalma son qəbiləsi kimi qəbul edilən bu qəbilə 60 000 ildir ki, eyni şəraitdə yaşayır.
Qəbilə kimliyindən və niyyətindən asılı olmayaraq, məskənlərinə yaxınlaşan hər kəsi məhv edir. Onlarla sülh şəraitində əlaqə qurmağı bacaran ilk insan hindistanlı antropoloq Triloknath Pandit olub. O, 1991-cı ildə bir neçə cəhddən sonra qəbiləyə hind qozu hədiyyə edərək onlarla təmasa keçib. 2001-ci ildə havadan müşahidə əsasında qəbilənin 40 üzvünün olduğu müəyyən edilib. Bu say 2011-ci ildə 15-ə düşüb./publika.az