Xəzər Xəbər

Şok olay - 16 yaşlı qız satışa çıxarıldı! - VİDEO

Veb TV | 12:35 • 22 Noyabr 2018
Şok olay -

Hərracda hökumət adamları da iştirak edib...

Cənubi Sudandan 16 yaşlı qız "facebook" vasitəsilə hərraca çıxarılıb.

25 oktyabrda verilən elan 15 gün "facebook"da qalıb. Hadisədən xəbərdar olan şəbəkə rəhbərliyi elanı silsə də, artıq gec olub. Qızın 3 noyabrda evləndirildiyi məlum olub.

İddialara görə, aralarında hökumət adamlarının da olduğu 5 nəfər hərracda iştirak edib.

Hərracda qalib olan, qızın ailəsinə 500 inək, 3 maşın və 10 min dollar pul verib.

Qız evləndirildikdən sonra hadisədən xəbərdar olan "facebook" "Euronews”a açıqlama verib. Sözçü, elanı dərhal sildiklərini, paylaşımı edən şəxsin profilini isə dərhal bağladıqlarını deyib.

Qeyd edək ki, Cənubi Sudanda 18 yaşdan tez evlənmək qanuni deyil, amma ölkədə uşaq evlilikləri geniş yayılıb. İnsan haqları qurumları Cənubi Sudanda qızların 52%-nin 18 yaşından əvvəl evləndirildiyini deyir.

AzNews.az

Xəbər lenti