ABŞ-ın Wisconsin əyalətində 6 aylıq uşağı öldürdüyü iddia olunan 10 yaşlı qız məhkəmə zalına qolları qandallanaraq gətirilib.
ABŞ-ın Wisconsin əyalətində yerləşən bağçaların birində 6 aylıq uşağın başını daş ilə əzərək öldürdüyü iddia olunan 10 yaşlı qız qandallanaraq hakim qarşısına çıxarılıb. Qız verdiyi ifadədə "Uşağı qucağıma almışdım. Sonra əlimdən yerə düşdü, başı masaya dəydi” deyib.
Hakim məhkəməni 11 dekabra saxlayıb.
Qeyd edək ki, 10 yaşlı qızın valideynləri ondan imtina edib. Məhkəmə zalında isə onlar qızlarının yanında olub./AzNews.az