Təsərrüfat sahiblərinə "Fermer Kartı"nin verilməsinə başlanılıb…
Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyəti kiçik və orta fermer təsərrüfat sahiblərinin məhsullarının satışını təşkil etməkdən ibarətdir. Şirkətin təşəbbüsü və Banklardan birinin dəstəyi ilə kənd təsərrüfatı məhsulları istehsalçısı olan təsərrüfat sahiblərinə "Fermer kartı" veriləcək. Dövlət Aqrar Ticarət Şirkətinin İctimaiyyətlə əlaqələr və İnformasiya bölməsinin rəhbəri Mais Musayevin sözlərinə görə, kartlar ilk növbədə bu qurumla əməkdaşlıq edən fermerlərə təqdim olunacaq. Artıq Quba və Xaçmazdan olan 2 fermer bu karta sahib olub.
Bu kartın fermer üçün bir sıra üstünlükləri var.
Kartdan vəsait çıxarılan zaman fermerlərdən xidmət haqqı tutulmayacaq. Şəffaflığın təmin edilməsi məqsədi ilə hər bir fermerə identifikasiya kodu veriləcək vəalqı-satqı prosesinin qeydiyyatı aparılacaq. "Fermer Kartı"nı əldə etmək istəyən təsərrüfat sahibləri Dövlət Aqrar Ticarət Şirkətinə və ya bölgələrdəki Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.