Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin müasir tarixinin ən önəmli hadisələrindən biridir. Partiya 26 il ərzində qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən uğurla gəlib və nüfuzlu təşkilat kimi özünü təsdiq edib. Hakim partiyada ölkə əhalisinin, demək olar ki, hər 10 nəfərindən biri təmsil olunur.
Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov partiyanın 26-cı ildönümünə həsr olunmuştədbirdə çıxış edərkən belə deyib. Bu illər ərzində Azərbaycanın regionda öz mövqeyini əhəmiyyətli dərəcədə artırdığını deyən Əli Əhmədov vurğulayıb ki, YAP şanlı səhifələr yazmaqda davam edəcək.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova isə partiyanın Cənubi Qafqazda uzun müddət iqtidarda olan siyasi qurum olduğunu bildirib. O, Yeni Azərbaycan Partiyasının nüfuzunun xalq içərisində getdikcə artdığını deyib.
Qeyd edək ki, bu gün həmçinin partiyanın rəhbərliyi və üzvləri Fəxri xiyabana gələrək YAP-ın qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri və əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb