Səhiyyə Nazirliyi ölkədə demoqrafik vəziyyətlə bağlı ən son məlumatları açıqlayıb. Elmi-tədqiqat pediatriya institutunun direktoru nəsib quliyev deyir ki, ölkəmizdə son 10 ildə 1 milyon 630 mindən çox körpə doğulub. Səhiyyə nazirinin baş pediatrının sözlərinə görə bu göstəricilər müsbətdir və illərdir davam edir. Bundan başqa əvvəlki illərlə müqayisədə körpə ölümlərinin sayı 3 dəfə azalıb
Azərbaycanda demoqrafik vəziyyət müsbətdir və bu tendensiya illərdir davam edir. Elmi tədqiqat pediatriya institutunun direktoru Nəsib Quliyev deyir ki, son 10 ildəölkə əhalisinin sayı 1 milyon 87 min 230 nəfər artıb. Bu göstərici əksər Avropa ölkələri ilə müqayisədə yaxşıdır.
Nəsib Quliyev bildirib ki, dövlətə statistika komitəsi və səhiyyə nazirliyinin açıqladığı bu məlumatları beynəlxalq təşkilatlar da təsdiqləyir. Baş pediatr deyir ki, ildən-ilə ölkəmizdə 1 yaşa qədər olan körpə ölümlərinin sayı dəfələrlə azalıb. Onun sözlərinə görə bu, uşaq pediatriyasının inkişafı ilə bağlıdır
Belə ki, 1993-cü ildə 1 yaşa qədər körpələr arasında ölənlərin sayı 5450 nəfər idisə,indi bu rəqəm 1700 körpə təşkil edir.Nəsib Quliyevin sözlərinə görə yeni doğulanların sayı son 10 il ərzində 1,5 milyon nəfərdən çoxdur.Elmi-təqdiqat və pediatriya institutunun baş həkimi Səadət Ələsgərova isə deyir ki, maddi texniki bazanın ən müasir səviyyədə qurulması bu prosesə təsir göstərən amillərdən biridir
Baş həkim qeyd edir ki, ölkə iqtisadiyyatı, səhiyyəsi inkişaf etdikcə demoqrafik göstəricilərmüsbət olmağa davam edəcək.