Xəzər Xəbər

Azərbaycanda ŞOK HADİSƏ: yırtıcılar 2 nəfəri parçaladı - VİDEO

Veb TV | 18:26 • 21 Noyabr 2018
Azərbaycanda ŞOK HADİSƏ:

Lənkəranda çaqqallar yenidən insanlara hücum edib. Toyuq-cücəninsəsinieşidərək həyətə düşən qadın, yırtıcı heyvanın hücumuna məruzqalıb. Çaqqal, həyat yoldaşının köməyə gələn kişinin də üzünüdişləyib. Hər iki şəxsə quduzluq əleyhinəvaksin vurulub.

Çaqqal kənd sakinlərinə hücum edərək 2 nəfəri yaralayıb.

HadisəLənkəranrayonun Osaküçə kəndində baş verib. 58 yaşlı kənd sakini Südabə Həsənova və onun həyat yoldaşı 60 yaşlı Bəxtiyar Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlara quduzluq əleyhinəvaksin vurulub.Xəsarət alan Südabə Həsənovanın sözlərinə görə bağda toyuq -cücə səsi eşidərək həyətə düşüb və çaqqalın ev quşlarını tələf etdiyini görüb.Bu zaman yırtıcı heyvan ona hücum edib.

Çaqqal qadınınbədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Köməyə gələn qadının əri də çaqqalınhücumuna məruz qalıb.Çaqqal yaşlı kişinin sifətini dişləyib.

Osaküçə kəndində ötən gecə daha iki nəfər çaqqalların hücumuna məruz qalıblar. 37 yaşlı Rakif Dövlətov və31 yaşlı Cavid Hümmətovaya da Xəstəxanada yardım göstərildikdən sonra evə buraxılıblar.

Lənkəranda son 3 gün ərzində ümumilikdə 5 nəfər caqqaların hücumuna məruz qalıb.

Xəbər lenti

Çox oxunanlar