ABŞ-ın Kaliforniya ştatında yerləşən "Cal-Earth” şirkəti "Gələcəyin evləri” layihəsini təqdim edib.
Şirkət dünya miqyasında yaşanan mənzil çatışmazlığı probleminə maraqlı həll yolu tapıb.
Belə ki, "Cal-Earth” qum və gil kimi maya dəyəri ucuz olan və tamamilə təbiətin qanunlarına uyğun şəkildə evlər tikilməsini təklif edib. Şirkətdə təlim keçmiş könüllü şəxslər 40-dan çox ölkədə layihədə nəzərdə tutulduğu kimi evlər inşa edib.
Bəzi şəxslər bu evlərin Marsda insanların yaşaması üçün uyğun olduğunu bildirir. Bəziləri isə elmi-fantastik filmlərdəki evlərə bənzədiyini deyir./Publika.az