UEFA Millətlər Liqası turnirinin qrup mərhələsində Azərbaycan milli komandası son oyununu keçirib.
Priştina şəhərindəki Fadil Vokkri stadionunda Kosovo millisi ilə qarşılaşan millimiz 0:4 hesabı ilə məğlub olub.Yığma komandamızın qapısından qolları Zeneli (het-trik) və Rrahmani keçiriblər.
Bu məğlubiyyətdən sonra Azərbaycan millisi 8 xalla qrupda ikinci pilləni tutub. Kosovo yığması isə 14 xal toplayaraq qrupu birinci pillədə tamamlayıb və pley-offa vəsiqə qazanıb.