"Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər zəhərləniblər.
"Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bu gün Şəki şəhərində olan aksiya iştirakçılarından - müəllim, Tovuz rayon sakini, 1964-cü il təvəllüdlüSahibə Həsən qızı Əliyeva, şagirdlər - Göygöl rayon sakini, 2002-ci il təvəllüdlüƏləsgər Rac oğlu Əliyev, Tovuz rayon sakini, 2003-cü il təvəllüdlüEmil Vüqar oğlu Alşanov, Göygöl rayon sakini, 2002-ci il təvəllüdlüAyxan Nizami qızı Süleymanlı, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlüTabutay Eldəniz oğlu Hüseynli, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlüŞəlalə Şirin qızı Kərimovazəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Xəstəxanadan "Report”a verilən məlumata görə, müayinə zamanı məlum olub ki, tur-aksiya iştirakçıları bu gün səhər saatlarında Qəbələ rayonunda qaldıqları otellərdən birində səhər yeməyi yedikdən sonra Şəkiyə gəliblər. Bir müəllim və 5 şagirddə qida zəhərlənməsı baş verib. Onlara xəstəxanada lazımi tibbi yardımlar göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan nəzarətdə olmaq şərti ilə evə buraxılıblar.