Azərbaycanda terrora cəhd edən erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Gəncə ağır cinayətlər məhkəməsində prosesə, hakim Kəramət Əliyev sədrlik edib.
Azərbaycan respublikasının cinayət məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər, iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, idarəetmə qaydası əleyhinə olan cinayətlərdə təqsirli bilinənerməni diversant , vəkil və tərcüməçi ilə təmin edilib.
Karmen Kazaryan Azərbaycan respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə insanların həlak olmasına, onların sağlamlığına,əmlakına zərər vurulmasına, müxtəlif təyinatlı obyektlərin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmək, Azərbaycan respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün , zəruri məlumatları toplayıbErmənistanın xüsusi xidmət orqanlarına vermək məqsədi ilə, 15 iyul 2018-ci il tarixdə, gecə saat 1 radələrində qoşunların təmas xəttini keçib.
Onun yanında Ermənistan respublikasının silahlı qüvvələrinin istintaqa məlum olmayan iki hərbi qulluqçusu da olub. Təxribatçılar döyüş mövqelərinin yerləşdikləri yüksəkliklərin arasındakı çay yataqlarından piyada keçərək, Qazax rayonunun Kəmərli kəndi istiqamətindən ərazimizə daxil olub. Səhər saat 7 radələrində Azərbaycan ordusunun hərbi qulluqçuları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində, Qazax rayonunun Kəmərli kəndinin "Balakənd" adlandırılan ərazisində tutulduğundan, öz cinayətkar niyyətini tam başa çatdıra bilməyib.