Rusiyada Sirk tamaşası zamanı bədbəxt hadisə baş verib: Valideyn və müəllimlərin müşaiyyəti ilə ekskursiya zamanı bəbir 4 yaşlı qıza hücum çəkib. Bu barədə MK xəbər verib.
Bildirilir ki, uşaq və böyüklər ekskursavodu foyedə gözləyirmişlər. O, sirkin kulisində nə baş verdiyi göstərməli idi. Bu vaxt onların yanında iki təlimçi gedirmiş. Onlardan biri pələng, digəri isə 4 aylıq bəbi aparırdı. Heyvanlar ağızlıqsız və yumşaq boyunduruqlu olublar.
Gözlənilmədən bəbir 3-cü sinifdə oxuyan bacısı ilə tədbirə gələn 4 yaşlı qıza cumub. Qışqırıq qopub, təlimçi bəbiri uzaqlaşdırmaq istəyib, ancaq buna dərhal nail olmayıb. Heyvan qızın sviterini cırıb, boğazına cırmaq atıb. Valideynləri şokda olan qızcığazı ordan çıxarıblar, ona quduzluq iynəsi vurulub. Digər uşaqlara isə psixoloq kməyi lazım olub./faktxəbər