Sürücülər avtomobilin sıradan çıxan detalını ya yenisi ilə əvəz edir, ya da üz tutur ikinci əl ehtiyat hissələri bazarına. Amma avtomobilin bəzi detallarını ustalar yenidən yığır. Bu yolla sürücülər pullarına 60 % qənaət edir.
Avtomobilin bəzi ehtiyat hissələrini yenidən yığdırmaq ,təzəsini almaqdan daha da ucuz başa gəlir.Bu səbəbdən də bir çox sürücülər xarab olan detalı dəyişməkdənsə onu yenidən yığdırmağa üstünlük verir.
Avtomobilin üzərində gələn və zavod istehsalı ola detallar keyfiyyətli olduğundan onun sıradan çıxan hissəsini təmir etdirmək məsləhətgörülür.
Pərviz İsmayılovun sözlərinə görə,avtomobilin ən tez sıradan çıxan detallarından biri onun benzin nasosudur..Usta deyir ki,ehtiyat hissəsini yenidən yığdırarkən onun detalları mütlər orijinal olmalıdı.Üstəlik yenidən yığılan ehtiyat hisəələrə zəmanət dəverilir.
Sürücülərin bəziləri bunu daha sərfəli olduğu üçün etdiklərini deyirlər,bəziləri isə bunun əksini düşünür.
Ustalar deyir ki,sürücülərin ehtiyat hiissələrinin yenisini almaqdansa, üzərindəkini təmir etdirmələrinin digər bir səbəbi də bazarda saxta məhsulların çox olmasıdır.