Abşeronda maşın ustası öz müştərisinə qarşı fırıldaqçılıq edib. Avtomobil sahibinin iddiasına görə usta təmir üçünondan 4 min manatdan çox pul alıb. Əvəzində isə avtomobilin heç bir hissəsini dəyişməyib.
Avtomobil ustası öz müştərisini aldadaraq ona maddi ziyan vurub. Hadisə Abşeron rayonunda baş verib.
Sumqayıt sakini Ədail Əsgərov , bir müddət öncə avtomobilini təmir etdirmək məqsdi ilə Xırdalan şəhərinə gəlib. Servisdə maşın ustası Elmar vəliyevona,təmir üçün lazım olan yeniehtiyyat hissələrinin 4 min manatdan çox pul tutacağını deyib. Ustanın sözü ilə razılaşan Ədail Əsgərov deyir ki, maşını hissə hissə sökəndə ondan əlavə pul istənilib..
Heç 15 gün keçmədən avtomobilinin yenidən xarab olduğunu görüb. Maşını digər servis xidmətində baxdırandaisə gözlərinə inanmayıb.Onun iddiasına görə pul verib dəyişdirdiyi avtomobil hissələrinin heç biri dəyişməyib.
Zərərçəkmişin sözlərinə görə, Avtomobil ustası kimi özünü adlandıran Elmar Vəliyev servisdə vətəndaşları aldatmaqla məşğuldur. Hazırda zərərçəkmiş ödədiyi pulunun geri qayarılmasını istəyir..
Elmar vəliyev isə avtomobil sahibi ilə razılaşmır.O, vətəndaşdan həmin məbləği aldığını etiraf edib. Ancaq həmin pula görə iş gördüyünüdə bildirir.
Zərərçəkmiş məsələ ilə bağlı hüquq mühafisə orqanlarına müraciət etdiyini bildirib.