Tərtər rayon polisinarkotik satışı ilə məşğul olan şəxslərisaxlayıb. Onlardan birinin evinə baxış keçirilən zaman çəkisi 201,47 qram heroin, 24,2 qram tiryək, 2559 manat və 10 abş dolları aşkar edilərək götürülüb.
Narkotik vasitələri satan şəxslər tutulub.
Əməliyyat Tərtər Rayonunda keçirilib.Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkumluğu olan Vidadi Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindənheroin götürülüb.
Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Narkotik vasitəni VidadiMəmmədova satmaqda şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkumluğu olan Səxavət Axundov dasaxlanılıb. Onun evinə baxış keçirilən zaman çəkisi 201,47 qram heroin, 24,2 qram tiryək, 2559 manat və 10 ABŞ dolları aşkar edilərək götürülüb.
Faktla bağlıaraşdırmalar davam etdirilir.