Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə rayonun Bəylik kəndi ərazisində baş verib.
1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlunun idarə etdiyi "Opel” markalı avtomobil yol kənarındakı dirəyə çırpılıb.
Qəza nəticəsində Ş.Qəmbərov və 1 yaşlı oğlu Rauf dünyasını dəyişib.
Faktla bağlı ərazidə araşdırma aparılır.