"Neftçilər" metrostansiyası yaxınlığında, Rüstəm Rüstəmov və Məhsəti küçələrinin kəsişməsində yolun bir hissəsində piyada zolağı var, amma digər hissəsində yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, mövcud vəziyyət piyadaların ərazidən təhlükəsiz şəkildə keçmələrinə çətinlik yaradır.
Binəqədi rayonunda Sulutəpə dairəsi kimi tanınan ərazidən Xocahəsən istiqamətinə gedən yolda isə ümumiyyətlə keçid yoxdur. Halbuki, yolun Sulutəpə hissəsində yüzlərlə ev var. Üstəlik, ərazidə məktəbin olması vəziyyəti daha da çətinləşdirir.
Dairədən Xocahəsən istiqamətində təxminən 2 km-dən artıq bir məsafədə nə yeraltı, nə də yerüstü keçidə rast gəlinir. Bu səbəbdən də yolu keçmək istəyən piyadalar sözün əsl mənasında həyatlarını riskə atırlar.
Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Mais Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, hər iki fakt ilə bağlı araşdırma aparılacaq və çatışmazlıq ən qısa zamanda aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: