Havalar soyumağa başladığındam balıq bazarında canlanma müşahidə edilir. Tələbat daha çox dəniz balıqlarınadır.
Xezerxeber.az-ın məlumatına görə, kefal, kütüm, sudak, xanı kimi balıqların müştərisi digərlərinə nisbətən xeyli çoxdur. Qiymətlər balığın çəkisi və növündən asılı olaraq dəyişir.
Satıcılar deyir ki, dəniz balıqları təsərrufatlarda yetişdirilənlərə nisbətən bahadır. Onların sözlərinə görə, ötən illərə müqayisədə bu mövsüm məhsulun qiymətlərində ciddi fərq olmayib. Satışda olan balıqların əksəriyyəti çay və dəniz balıqlarıdır. Ancaq ətinin dadlı və sümüyün az olduğuna görə təsərrufatlarda yetişdirilən forel balığına da tələbat çox olur.
Balıq bazarındakı məhsullar xarici ölkələrdən gələn turistləri də cəlb edir. Onaların ən çox alıb apardıqları isə qara ikradır.
Satıcılar deyir ki, yaxın vaxtlarda balıqların qiymətində dəyişiklik gözlənilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: