Xəzər Xəbər

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü qeyd olunub - VİDEO

Veb TV | 19:05 • 10 Noyabr 2018
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü qeyd olunub -

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Dövlət Bayrağı Gününə həsr olunmuş "Sən yaşa, Azərbaycan!” adlı tədbir keçirilib.

"Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində keçirilən tədbirdə "Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin, Nəqliyyat Kollecinin müəllim və tələbələri, yerli azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə iştirakçılar Mədəniyyət Mərkəzinin foyesində "Sən yaşa, Azərbaycan!” adlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olub, bu qurumun nəzdindəki "Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun tələbələri Azərbaycan milli geyimlərini, həmçinin Qarabağ zadəganlarının bəy geyimlərini də nümayiş etdiriblər. Mədəniyyət Mərkəzinin konfrans salonunda Azərbaycanın dövlət himni səsləndirilib.

Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva dövlət rəmzimiz, istiqlalımızın simvolu olan bayrağımızın tarixi, onun keçdiyi yol barədə danışıb. O, ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağımızın bərpa edilməsinin müstəqilliyimizə ən böyük töhfə olduğunu vurğulayıb.

Sonda Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanan "Azərbaycan, Qarabağ, Sülh və Qələbə üçün oxu” klipi nümayiş etdirilib. 



Xəbər lenti