Xəzər Xəbər

"6 min avroya Sloveniya vətəndaşlığı verilir" - Belə elanlar nə dərəcədə etibarlıdır? - VİDEO

Veb TV | 20:15 • 10 Noyabr 2018
"6 min avroya Sloveniya vətəndaşlığı verilir" -

Saytlardan birində 6 min avroya Sloveniya vətəndaşlığının verildiyi elanı yerləşdirilib. Bu, sosial şəbəkələr vasitəsi ilə əsasən MDB ölkələrində yaşayan insanlara təklif olunur. Məlumatda bildirilir ki, daha tez vətəndaşlıq almaq istəyənlər isə 10 000 avro ödəməlidirlər. Hətta 12 yaşadək uşaqlar üçün vətəndaşlıq prosedurunun pulsuz həyata keçirildiyi qeyd olunub. Bunu təklif edən saytdakı əlaqə nömərəli isə Sloveniyaya aiddir.

Xezerxeber.az-ın məlumatına görə, Sloveniya Avropa Birliyinin üzvüdür və bu qədər az vəsaitə ittifaqın vətəndaşı olmaq istəyən şəxslər üçün bu təklif olduqca cəlbedici görünür. Ancaq ekspertlər bildirir ki, bu qədər vəsaitə Sloveniya vətəndaşlığı ala bilmək reallığı əks etdirmir. Çünki, əslində bu ölkənin vətəndaşı olmaq üçün daha ciddi prosedurlar və qaydalar mövcuddur.

Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, bu cür elanlar daha çox reklam xarakteri daşıyır və maraqlanmaq üçün müraciət edəndə görürsən ki, əslində çox ciddi və çətin qaydalar mövcuddur.

Mütəxəssis onu da qeyd edir ki, bəzən bu elanlar tamamilə dələduzluq xarakteri də daşıya bilər. Odur ki, belə elanla rastlaşanlar mütləq bunu həmin ölkənin rəsmi qurumları, ya da hansısa mütəxəssislərlə dəqiqləşdirməli, yalnız bundan sonra hansısa addım atmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti