Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar olub. Barəsində cinayət işi açılan Yuri Xaçaturovun vəzifəsindən azad edilməsindən sonra,Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katib postu rəsmi İrəvandan alınıb. Beləliklə, Nikol Paşinyanın rəhbərliyin Ermənistanda qalması ilə bağlı istək və yalvarışları nəticəsiz qalıb. Qaydalara əsasən, yeni baş katib əlifba sırası ilə növbəti ölkəyə, yəni Belarusa həvalə olunmalıdır.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Yuri Xaçaturovla bərabər Ermənistanın da dövrü bitdi. Hərçənd ki bu ölkənin baş naziri Nikol Paşinyan bir güllə ilə iki quş vurmaq fikrində idi.
Paşinyan 2008-ci ildə Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunan və günahı sübuta yetirilən Yuri Xaçaturovu vəzifəsindən azad etdirib, ora öz hakimiyyətinin ideyalarını təlqin edən yeni baş katib yerləşdirməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın mövqelərini gücləndirmək istəsə də, bu plan fiaskoya uğradı. Noyabrın 8-də təşkilatın Astanada keçirilmiş növbəti sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib ki, gələn il bu qurumun rəhbəri Belarus Təhlükəsizlik Şurasının üzvü Stanilslav Zas olaсaq. Onu bu vəzifəyə dekabr ayında Sankt Peterburqda qurumun iсlasında təsdiqləyəсəklər.
Bəs Ermənistanın baş katibliyi dövründə təşkilatda nə baş verirdi?Ermənistanolduğu yerə uyğunlaşmaqdansa, oranı özünə uyğunlaşdırmağa çalışır, Paşinyan və komandası İrəvan küçələri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclas zallarını səhv salırdı. Qalmaqal və qeyri-peşəkarlıq özünü büruzə verirdi. Bunun üzərinə qurumun baş katibinə qarşı digər üzv dövlətlərlə məsləhətləşmədən cinayət işinin açılması əlavə olunduqda təşkilatın səbr kasası daşdı. Yarandığı gündən müəyyən yolu və öz dəsti-xətti olan Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı öz imicini Ermənistan kimi dövlətin cılız oyunlarına qurban verə bilməzdi və vermədi də..
Üzv dövlətləryaxşı bilirdilər ki, separatizm meyilli, iclaslarda küskün şəkildə oturan bir dövlətin nümayəndələrinə ''ümumi maraqlar'' ifadəsi çox uzaqdır. Bu ölkə qonşu dövlətlərə, xüsusilə Azərbaycana qarşı qərəzini təşkilat daxilində də sərgiləməkdən çəkinmirdi. Buna əyani sübut Ermənistanın hər vəchlə''Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yanında müşahidəçi və tərəfdaş dövlətlətin statuslarının hüquqi təsdiqi haqqında qərarına'' mane olmaq cəhdi idi. Erməni nümayəndə heyəti yaxşı anlayırdı ki, bu sənədin qəbulu onlar üçün nə deməkdir. Təşkilat Azərbaycan kimi güclü və etibarlı dövlətin onun yanında olmasını vacib hesab edir və məhz bunun üçün "müşahidəçi dövlət" statusu təsis edir. Ermənistanın isə beynəlxalq təşkilatlarda nüfuzu aşağıdır, onun prinsipial xətti ümumi maraqların əksinə gedir.Görünən odur ki, bu ölkədə cinayətkarların hakimiyyəti dəyişsə də, onun siyasi xətti dəyişməz olaraq qalır. Bu isə yalnız işğalçının özünə ziyandır.