Bu gün ölkədə dövlət bayrağı günü qeyd olunur. Paytaxtda hər kəs bayramı fərqli şəkildə keçirib. Küçə və prospektlər, evlərin eyvanları üçrəngli bayrağa bürünüb. İnsanlar bayrağa olan sevgilərini fərqli formada ifadə ediblər. Bəzi marşrut avtobusları da bu günün önəminə uyğun olaraq avtobuslardan bayraq asıblar. Bəzi sürücülər isə bir yerə yığışaraq, bayraqların müşayiəti ilə şəhərin müxtəlif yerlərinə yürüş ediblər.
Bayraq günü paytaxtda təntənəli şəkildə qeyd edilib. Bu gün Bakı küçələri 3 rəngli bayrağa bürünüb.
Şəhər sakinləri bayramı özlərinə məxsus şəkildə əllərində bayraqlarla qeyd ediblər.
Bayramı sevinclə qarşılayan bu balaca vətənpərvlər isə heç də böyüklərdən geri qalmayıb.
Paytaxtın bəzi marşrut avtobuslarında da bayram ab-havası hiss olunub.
Bu sürücü isə avtobusun tavanında üçrəngli bayrağımızı həkk edib. Onun bu addımı isə sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.
Bəzi avtomobil həvəskarları isə bayraqla bəzədilmiş avtomobillərlə şəhərin müxtəlif yerlərinə yürüş ediblər.