10 aydır ki, təmir və yenidənqurma işlərinin aparıldığı babək prospektində işlər davam edir. İşlərin oktyabr ayının sonunda bitəcəyi deyilsə də hələ də bu prospektdə təmir işləri aparılır. "XəzərXəbər” Babək prospektində işlərin niyə vaxtında təhvil verilmədiyini araşdırıb.
Saatlarla davam edən tıxaclar Babək prospektində artıq neçə aylardır ki, adi bir mənzərəya çevrilib.
Prospektdə yenidənqurma işlərinin həyata keçirilməsi əlbətdə ki, təqdirəlayiqdir. Ancaq işlərin yubadılması və vəd olunan zamanda bitirilməməsi bu yoldan istifadə edən sürücülərin qarşılaşdığı çətinliklərin daha da artmasına səbəb olub.
Onu da qeyd edək ki, uzunluğu 8.7 km olan Babək prospektində təmir işlərinə 2018-cı ilinəvvəlindən başlayıb. 10 aydan çoxdurki, davam edən yenidən qurma işlərinin ən geci oktyabrın sonu bitəcəyi açıqlanmışdı. Ancaq təmir və yenidənqurma işləri hələ də davam etdməkdədir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Anar Nəcəfli bildirdi ki, prospektdə gecikmələrə səbəb yolun keçdiyi yerlərdə çoxlu sayda kommunikasiya xətlərinin olmasıdır. Buna görə də bu xətlərin yenilənməsi üçün digər dövlət qurumlarının ərazidə işləməsini gözləməli olublar. Bu səbəbdən də işlərin görülməsi bir qədər yubanıb. Ancaq artıq kommunikasiya xətləri də çəkilib və yalnız Babək körpüsünün ətrafında kiçik işlər aparılır. Bu işlərin də 2 gün ərzində sona çatacağı gözlənilir. Bundan sonra Babək prospekti tamamilə sürücülərin ixtiyarında olacaq.