Avstraliyanın Melburn şəhərində bıçaqla silanlanmış şəxs polislərə hücum edib.
"RİA-Novosti” agentliyi xəbər verir ki, Viktoriya ştatının polis nümayəndəsi Dvid Kleyton hadisə nəticəsində 1 nəfərin öldüyünü, 2-nin yaralandığını bildirib.
"Üç insan bıçaq yarası aldı. Təəssüf ki, biri hadisə yerində öldü. Digər iki zərərçəkən hazırda xəstəxanadadır”, - o dəqiqləşdirib.
KİV-in məlumatına görə, silahlı hücum avtomobilin ticarət mərkəzinin binasına çırpılması və alışmağa başlamasından sonra olub. Silahlı şəxsin saxlanıldığı bildirilir.
Kleyton əlavə edib ki, hadisənin terrorizmlə əlaqəsi müəyyən edilməyib. Hələlik başqa şübhəli yoxdur./publika.az