Ermənistanın baş naziri Nikol Paşinyan öz xatirələrində bəzi etiraflar edib. O, bu il işıq üzü görən, ''Yerin əks tərəfi adlı'' avtobioqrafik romanında sülh naminə işğal olunmuş torpaqların Azərbaycana qaytarılmalı olduğunu qeyd edib. Paşinyan romanında ermənilərin torpaq hərisi olduqlarını, həmişə başqasının olana göz dikdiklərini də vurğulayıb.
Biz bəyan etməliyik, yüksək səslə deməliyik ki, bu ərazilər bizə lazım deyil...
''Ermənistanda üfüq yoxdur, Ermənistanda düzən yoxdur, Ermənistanda baxışlar anlıqdır, Ermənistanda sərhədləri görmək üçün yalnız bir istiqamətə baxmalısınız. Göylərə ''.... Nikol Paşinyanın romanının Ağdamla bağlı hissəsində xalqının torpaq hərisliyini və torpaq iddiasını poetik dildə ifadə edir. Paşinyan Ağdamda qeyri-adi hisslər keçirdiyini bu cümlələrlə oxuculara çatdırır.
'' Ağdamı xatırladım. Uşaqlarım dağılmış evlər arasında qaçırdılar. Həyat yoldaşımla bir təpədə durub, şərqə baxırdıq. Bu, qeyri-adi bir hiss idi. Bu düzənlik mənə sonsuz kimi gəlir. Burada erməni qanunları qüvvədədir. Bir anlıq müharibədə iştirak etmədiyim üçün utanıram. Həyat yoldaşım və mən eyni şeyi düşünürük, amma bunu yüksək səslə söyləməyə cəsarət etmirəm. Sonda yoldaşım daha cəsarətli çıxır və deyir-- bu torpaqları necə azərbaycana qaytarmaq olar?! ''
Paşinyan ölkəsinin niyə hələ də Azərbaycanın torpaqlarını işğal altında saxladığını da dolayısıyla etiraf edir. O, bunu Ermənistanın qərarsızlığı kimi qiymətləndirir.
"Qəzetimizdə sərt çıxışlar edirdik. Düşmənə torpaq vermə! Nədir bu? Yalan? Çox güman ki, ürəklə ağlın qarşıdurması. Ürək istəyir, bu düzənlik onun olsun. Hətta pamir dağları baxışlarımın altında əzilsin. Ağıl isə deyir : buna görə təhlükəni gözə almaq olmaz. Biz bəyan etməliyik, yüksək səslə deməliyik ki, bu ərazilər bizə lazım deyil. Biz sülh naminə bu əraziləri qaytarmağa hazırıq”.
Paşinyan xatirələrində atası ilə həftəsonları Qazaxa balıq tutmağa gəldiyi günləri də yada salır. O yazır ki, Ermənistan heç vaxt vətən olmayıb. orada insanlar yaşamırdılar yalnız gizlənirdilər. özlərini qoruyurdular. ermənilər bunu etiraf etməsə də, bu, onların həyat tərzidir. Bəs ağdamda? Paşinyan qeyd edir ki, ağdam ermənistandan bura gələnlər üçün bir genişlik və sərbəstlik idi.
Ermənistanın baş nazirinin romanında ölkəsinin Amerika, Rusiya vəAvropadan, hətta Soros kimi fondlardan da umacaq bir ölkəyə çevrildiyini təəsüflə qeyd edir. O , sonda ermənilərə açıq sualla müaricət edir . Sizi idarə edən dirnaqarası xoşbəxt kimdir ?
Qeyd edək ki, Paşinyanın bu romanı Ermənistanda ən çox satılan kitablar sirasında hazırda 1-ci yerdədir .