Növbəti ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirələri zamanı azərbyacanda uşaq puluna ayrılan vəsaitin artırılması təklif edilib. Maliyyə naziri Samir Şərifov məsələyə baxıla biləcəyini bidlirib. Eyni zamanda millət vəkilləri bir çox sahələr üzrə maaşların eyni zamanda ümumi pensiyaların artırılmasını təklif ediblər. İclasda onlayn və region mediasına da vəsaitin ayrılması təklif edilib.
Azərbaycanda uşaq pulunun artırıla bilər. Millət vəkilləriMilli Məclisin beş komitəsinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı belə bir təklif irəli sürüblər.Deputatlar vəsaitin bir dəfə yox müəyyən müddət ərzində daimi verilməsini təklif ediblər.
Maliyyə naziri Samir Şərifov bu təklifləri qeyd edib və məsələyə baxıla biləcəyini bildirib.
Millət vəkili Qüdrət Həsənquliyev ölkədə ümumi pensiyaların artımının vacib olduğunu və Maliyyə naziri Samir Şərifov buna cavab olaraq vergi sistemində şəffaflaşmadan sonra Sosial Müdafiə Fonduna olan ödənişlərin artacağını və dolayı yolla bununda pensiyanın artımına səbəb olacağını bildirib. Eyni zamanda iclasda dövlət büdcəsindən maliyyələşən əksər qurumlarda maaşların artırılmasının vacibliyi qeyd edilib.
Bu təklifə cavab olaraq Maliyyə naziri maaşın artımına ayrıalcaq vəsait daimi olacağından ətraflı araşdırmaya ehtiyyac olduğunu bildirib.
Müzakirələr zamanı millət vəkili Əflatun Amaşov online ve region mediasına hər birini 1 milyon manatlıq vəsaitın ayrılmasını təklif edib ki, bu təklifində araşdırılacağı bildirilib.