Azərbaycanlı bloqqer Hüseyn Həsənov Rusiyanın "Pervıy kanal"ında yayımlanan "Русский ниндзя" ("Russkiy nindzya") layihəsinin ikinci mövsümünün seçim turuna qatılıb."Instagram" sosial şəbəkəsində izləyicilərinin sayı 7 milyonu keçən videobloqer seçim turunda uğur qazana bilməyib.
Belə ki, o, maneələrlə dolu yolun yarısını belə keçə bilməyib.
Qeyd edək ki, "Русский ниндзя" ("Russkiy nindzya") "Ninja Warrior" şousunun rus versiyasıdır. Layihə ekstremal turları ilə digərlərindən çox fərqləndiyinə görə dünyada populyarlıq qazanıb.
BAKU.WS