Sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedirlər.
"Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən video Xırdalanda çəkilib.
Vətəndaşlardan birinin qeydə aldığı görüntüdə 596 saylı sərnişin avtobusunun sürücüsünün sərnişinləri təhlükə altında qoyduğu açıq-aşkar görünür.
Vətəndaş qeyd edir ki, belə hallar xüsusən axşam saatlarında daha təhlükəlidir.
Qeyd edək ki, qapısı açıq formada hərəkət edən avtobus sürücləri 3 bal və 60 manat miqdarında cərimə edilə bilərlər.
Xezerxeber.az həmin görüntünü təqdim edir: