Xəzər Xəbər

ERMƏNİSTANA SON XƏBƏRDARLIQLAR: Ermənistan hakimiyyəti köhnə rejimin səhvlərini təkrarlamamalıdır - VİDEO

Veb TV | 20:35 • 6 Noyabr 2018
ERMƏNİSTANA SON XƏBƏRDARLIQLAR:

Dövlət başçısının Ağdama səfəri bir sıra sahələrdə öz əhəmiyyətini qorumaqla yanaşı, həm də cəbhə xəttindən işğalçı ölkəyə bir xəbərdarlıq mahiyyəti daşıdı. Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı Ermənistan hakimiyyətinin real addımlar atması üçün çox vaxt qalmadığı mesajını verdi.

Prezident İlham Əliyevin Ağdama səfəri iqtisadi və mədəni əhəmiyyəti ilə yanaşı, həm də siyasi cəhətdən böyük önəm daşıdı. Çünki dövlət başçısı Ermənistan siyasi rəhbərliyinə mesajı elə cəbhə xəttindən verdi və bildirdi ki, Azərbaycan xalqı işğalla barışan deyil və istənilən yolla işğal altındakı torpaqlar geri qaytarılmalıdır. Millət vəkili Rasim Musabəyov deyir ki, Prezident İlham Əliyevin bu səfər zamanı səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı mövqeyi ilə üst-üstə düşür.

Təsadüfi deyil ki, dövlət başçısı Ağdam səfərində 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun qazandığı parlaq zəfərə bir daha diqqət çəkdi. Prezident İlham Əliyev bunu deməklə Ermənistan siyasi rəhbərliyinə məsələnin həlli üçün gözlənəcək zamanın olmadığı mesajını verdi. Rasim Musabəyov deyir ki, ermənilər özləri də bunun fərqindədirlər və onların bu torpaqları azad etməkdən başqa çarələri qalmayıb.

Təkcə bunu xatırlatmaq kifayətdir ki, aprel döyüşlərində qazanılan və Azərbaycan üçün o qədər də böyük sayılmayan bir qələbə belə Ermənistanda hakimiyyətin dəyişməsi üçün kifayət etdi. Əgər söhbət genişmiqyaslı hərbi əməliyyatlardan gedərsə, belə bir müharibənin başlanması təkcə Ermənistan rejiminin deyil, hətta bu ölkənin tamamilə dağılması ilə nəticələnə bilər. Çünki ordunun gücü və maliyyə ehtiyatları mütləq dərəcədə Azərbaycan tərəfinin lehinədir.

Xəbər lenti

Çox oxunanlar