Xəzər Xəbər

Sahibkarların nəzərinə! ADRA açıq məkandakı qeydiyyatsız reklamlarla mübarizəni gücləndirir - VİDEO

Veb TV | 20:51 • 6 Noyabr 2018
Sahibkarların nəzərinə!

Metronun Neftçilər stansiyasının yaxınlığında yerləşən bir neçə obyektin reklam lövhələri sökülüb. Digərlərinə isə bununla bağlı xəbərdarlıq edilib. Səbəb isə onların reklama görə heç bir sənədinin olmamasıdır. Dövlət Reklam Agentliyi isə sahibkarlara reklam qanunvericiliyinin tələblərinə əməl etməyi tövsiyyə edir.əks təqdirdə qaydaları pozanlar cərimə oluna bilərlər.

Obyektlərə vurulan reklam lövhələri söküldü. Sahibkarlara isə problemin aradan qaldırılması üçün xəbərdarlıq edildi.

Paytaxtın Nizami rayonu ərazisində, daha dəqiqi metronun Neftçilər stansiyanın yaxınlığında yerləşən bir neçə obyektin reklam lövhələri sökülub. Sahibkarlar isə bununla razılaşmır.

Obyektləri işlədən sahibkarlar deyir ki, Reklam Agenrliyinin əməkdaşları onlara bildirib ki, ya lövhələr sökülməlidir ya da həmin löhfələrin qanuni olması üçün dövlət rüsumu ödənilməlidir.

Sahibkarlar onu da bildirdilər ki, obyektlərə vurulan reklam lövhələrinin heç birinin qanuna müvafiq sənədi yoxdur. Məsələ ilə bağlı Dövlət Reklam Agentliyinin mətbuat katibi xəzər xəbərə bildirdi ki, qanuna görə, açıq məkandayerləşdirilən reklama dair texniki şərtlər pasportu və reklam yerləşdirilməsinə dair icazə müqaviləsi olmadan yayımlanan reklamlar müəyyən edildikdə,sahibkarlara qanunvericiliyin tələbləri izah olunuraraq,problemin aradan qaldırılması barədə məlumat verilir. Qaydaya əməl edilmədikdə, müvafiq akt tərtib olunur və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur.

İnzibati xətalar məcəlləsinə görə isə ,Qanunun tələblərini yerinə yetirməyən fiziki şəxslər 300-500,vəzifəli şəxslər 1500-2500, hüquqi şəxlər isə 5 min-10 minmanat arasında cərimələnə bilərlər.

Xəbər lenti

Çox oxunanlar