'Gələn il dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcənin 33,4 % ni təşkil edir''. Millət vəkili Hadı Rəcəbli parlamentin 5 komitəsinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakiərləri zamanı belə deyib. O bu artımların əhalinin rifah halının yaxşılaşmasına səbəb olacağını bildirib.
İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmmədov isə ölkəmizdə məktəbə qədər təhsil müəssələri üçün ayrılan ərzaq xərclərinin artırılacağını bildirib.
İclasda çıxış edən Millət vəkili Əhliman Əmiraslanov isə Səhiyyə xərclərinin 42 % artırılmasının müsbət hal olduğunu bildirsədə , onkoloji xəstələr üçün ayrılan vəsaitində çoxaldılmasını təklif edib.
Növbəti ilin elm xərcləri üçün 134 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu, cari illə müqayisədə 5 milyon manat və ya 4,2 faiz çoxdur.Amma bir çox millət vəkili bu vəsaitində artıtılmasını istəyib. Millət vəkili Hüseynbala Mirələmov isə ödənişsiz əssaslarla təhsil alan tələblərin sayının artırılmasını təklif edib.
Qeyd edək ki, Parlamentdə növəbti ilin büdcəsinin müzakirələri növbəti günlərdə də davam etdiriləcək.