ABŞ-da yeni evlənmiş cütlük toydan iki saat sonra ölüb. Bu barədə Sputnik Azərbaycan "ABC13" - ə istinadən xəbər verir.
Faciə Texas ştatında toyun keçirildiyi yerdən 24 kilometr aralıda yaşanıb. Toydan sonra ərazini helikopterlə tərk edən gənc tələbələr Uill Beyler və Beyli Arkman qəzaya uğrayıb.
Helikopter təpəyə çırpılıb. Pilot və yeni evlənən cütlüyün cəsədləri səhəri gün tapılıb.
Uill və Beylinin dostları bildiriblər ki, cütlük toya xeyli müddət hazırlaşırmış və bunun onların həyatında ən yadda qalan gün olmasını istəyirmiş.
"Onlar yerdə öz son günlərini ən yaxın dostları və doğmalarının əhatəsində keçiriblər. Hesab edirəm ki, bu onların həyatında ən yaxşı gündür" - deyə cütlüyün dostlarından biri bildirib.
Helikopter qəzası ilə bağlı araşdırmalar aparılır.