Rusiyanın Kemerovo bölgəsinin Yurqa şəhərində fərdi evlərdən birində güclü yanğın baş verib.
"RİA-Novosti” agentliyi xəbər verir ki, yanğında 8 nəfər həlak olub.
Onların bir ailənin üzvləri olduğu bildirilir. Yanğında yalnız 42 yaşlı qadın sağ qalıb. Hadisənin dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün yanğın-texniki ekspertiza təyin edilib./publika.az