İtalyan boksçu Kristian Daqio tailandlı Don Parueanqla döyüş zamanı başından aldığı zərbələr nəticəsində ölüb. Bununla bağlı "Boxing Scene” portalı məlumat yayıb. Oktyabrın 26-da Dünya Boks Şurasının (WBC) Tailandın Ranqsit şəhərində təşkil etdiyi yarışda 49 yaşlı Daqio və Parueanq görüşüb. Qarşılaşmanın 12-ci raundunda tailandlı rəqibini nokauta göndərib və qələbə qazanıb. Hakim dərhal həkimləri rinqə dəvət edib. O, xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra vəfat edib. Xatırladaq ki, Daqio boks üzrə yeddiqat dünya çempionu olub. (oxu.az)