Xəzər Xəbər

Azərbaycan İslam Həmrəyliyinə töhfə verir VİDEO

Veb TV | 21:02 • 5 Noyabr 2018
Azərbaycan İslam Həmrəyliyinə töhfə verir

Daim İslam Həmrəyliyinə öz töhfəsini verən Azərbaycan uzun illər siyasi gərginliyə çevrilən Fələstin-İsrail münasibətlərində də islam ölkəsinin mövqeyini və beynəlxalq hüquqa əsaslanan haqlarını müdafiə edib.

Dəfələrlə beynəlxalq tədbirlərdə Fələstin məsələsi gündəmə gələndə Azərbaycan həm ən yüksək səviyyədə, həm də nümayəndə heyətləri səviyyəsində hər zaman bu ölkənin haqlı mövqeyinin müdafiəçisi rolunda çıxış edib. Çünki, Azərbaycan islam həmrəyliyinə sözdə yox, əməldə dəstək verən bir ölkədir. Elə məhz bu qətiyyətli mövqeyinə görədir ki, bu gün Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı Bakıda keçirilir. Millət vəkili Elman Nəsirov bildirir ki, Azərbaycan hər zaman islam həmrəyliyi ilə bağlı məsələlərdə üzərinə düşən vəzifələri layiqincə icra edib və bu mövqeyini heç kəsdən çəkinmədən davam etdirir.

Elman Nəsirov bildirir ki, Azərbaycan Fələstinə yalnız siyasi olaraq deyil, iqtisadi cəhətdən də daim dəstək verib. Bunu elə son illər bu ölkəyə göstərilən maddi yardımlar da təsdiqləyir.

Qeyd edək ki,Bakıdakı tədbirdə iştirak üçün Fələstin Dövlətinin Xarici İşlər naziri Riad əl-Maliki, Fələstin Xarici İşlər Nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-Nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları Azərbaycana gəlib.

Xəbər lenti