Havanı zəhərləyən istixana əməkdaşı 800 manat miqdarında cərimələnib. Buna səbəb isə istixananın qazanxanasında hava filtirinin sıradan çıxması olub və nəticədə də atmosferə qara tüstü atılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə sahibkarlara tövsiyyə edir ki, istixanalarda avtomosferə atılan zərərli maddələrin qarşısını almaq üçün filterlər quraşdırsınlar. Əks təqdirdə belə sahibkarları 25 min manata kimi cərimələr gözləyir.
Atmosferi zəhərlədiyinə görə istixana əməkdaşı cərimələndi.
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən istixana tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları tərəfindən araşdırılıb.Araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən istixananın qazanxanasında baş verən nasazlıq səbəbindən atmosfer havasına qara tüstünün atıldığı məlum olub.Buna görə də qazanxanaya cavabdeh Ramil Bəkirov barəsində protokol tərtib edilib
Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayyəndəsi Faiq Mütəllimov deyir ki,ölkə ərazisində fəaliyyət göstərən hər bir istixanada avtomosfer havasına atılan zərərli maddələrin qarşısını almaq üçün müvafiq filterlər quraşdırılmalıdır.Bu qaydaya əməl etməyən şəxsləri isə cərimələr gözləyir..
Nazirlikdən həmçinin onu da bildirdilər ki,bu kimi halların qarşısını almaq üçün reydlər mütamadi olaraq keçirləcək.