Havanın temperaturunun yaxın günlərdə enəcəyi gözlənilir. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti də mövsümə hazırlıq tədbirlərini yekunlaşdırıb. Bu il Bakıda və Sumqayıtda bir sıra yeni ərazilərdə də bəzi binalara istilik veriləcək. Qurumdan verilən məlumata görə, bu il istiliyin verilməsində hər hansı bir fasilənin olması gözlənilmir.
15 noyabr tarixindən etibarən 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti 2018-2019-cu illər istilik mövsümünə hazırlıq tədbirlərini yekunlaşdırıb. Bu il Bakıda, o cümlədən Sumqayıtın bəzi yerlərində bir sıra yeni binalar istiliklə təmin olunacaq.
"Azəristiliktəchizat"ınabonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin sözlərinə görə, magistral istilik xətlərinin mövsümə hazırlığı çərçivəsində 974 km istilik xətti yuyularaq hidravlik təzyiqi yoxlanılıb.
Rafiq Əliyev onu da qeyd etdi ki, istiliyin tam təmin olunması üçün vətəndaşlarda mülkiyyətlərində olan əmlaklarda hazırlıq işləri görməlidirlər. İlk növbədə binadaxili istilik sistemləri yenidən yoxlanmalı, sistemdə yaranmış su sızmaları və axıntılar həll edilməlidir. Bundan əlavə qızdırıcı cihazlar yuyularaq təmizlənməlidir.