Xəzər Xəbər

Azərbaycanda eşşək südü ilə BAĞLI ŞOK AÇIQLAMA VİDEO

Veb TV | 20:36 • 5 Noyabr 2018
Azərbaycanda eşşək südü ilə BAĞLI ŞOK AÇIQLAMA

Abşerondakı eşşək fermasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırma aparılıb. Süddən götürülən nümunələr yoxlanılıb və insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya aşkarlanıb.

Eşşək fermasındakı süddə bakteriya aşkarlanıb.

Bir neçə gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatına baxış keçirilib və həmin təsərrüfata cəlb olunmuş heyvanlardan qan və süd nümunələri götürülərək laboratoriyaya təqdim edilib. Pasterizə edilmiş ulaq südünün tədqiqat məqsədli müayinəsi nəticəsində, sözügedən məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya aşkar edilib.

Həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması, yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra fəaliyyətə başlamaları üçün müraciət etmələri bildirilib. Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri Mansur Piriyev deyir ki, yeni sahə olduğu üçün hazırda ölkədə ulaq südünün istifadəsi və müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud deyil. Bu sənədlər və standartlar hazırlandıqdan sonra müəssisə yenidən agentliyə müraciət edə bilər.

İstehsal standartlarının hazırlanması və təsdiq olunması üçün isə təsərrüfat sahibiölkədə fəaliyyət göstərən müvafiq təşkilatlara müraciət etməlidir.

Xəbər lenti

Çox oxunanlar