Xəzər Xəbər

Onlar kimsəsiz qocaların və yaşlıların ümid yeridir VİDEO

Veb TV | 20:59 • 5 Noyabr 2018
Onlar kimsəsiz qocaların və yaşlıların ümid yeridir

Söhbət qocaların evinə gedib onlara xidmət göstərən sosial işçilərdən gedir. Sujetimizin qəhrəmanı sosial işci Gülşən Məmmədova qocalara göstərdiyi xidmətlərdən danışdı

Gülşən Məmmədova yenə iş başındadır. O, nəzarətində olan 82 yaşlı Xədicə Mirzəzadənin evini təmizləyir.

O, düz 25 ildir sosial xidmət sektorunda çalışır. Gülşən Məmmədova ümumilikdə 11 yaşlı adama xidmət göstərir.

İşi çətin olsa da, o, bunu sevə-sevə görür. Qocalarla dil tapmağa çalışır, onlarla yola getmək üçün əlindən gələni edir.Həftədə iki dəfə qocalara baş çəkən Gülşən Məmmədova işindən zövq alır. Deyir ki, savab işlə məşğul olmaq ona mənəvi rahatlıq verir.

Onun xidmət göstərdiyi Xədicə Mirzəzadə həyat yoldaşı rəhmətə gedəndən bəri tək yaşayır. Övladları isə yoxdur. Deyir ki, tək qalmaq çox çətindir. Ona xidmət göstərən sosial işçi Gülşən xanımdan olduqca razıdır.

Ümumilikdə ölkə üzrə 1189 sosial işçi 10 min 736 nəfərə xidmət göstərir və onların qayğısına qalır..

Xəbər lenti

Çox oxunanlar